xəbərlər

Polis Akademiyasının kursantları «2 Fevral - Gənclər Günü» ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər

09.02.2020

 Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Xəzər rayon Şağan qəsəbəsində yerləşən Şağan Mədəniyyət evində respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə “Gənclər Günü”nə həsr olunmuş konsert proqramı təşkil edilmişdir.

Konsert proqramında Gənclər gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmasından, bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıblar.

 Həmin konsert proqramında Polis Akademiyasının I kurs kursantları iştirak etmişdir. Konsert proqramı kursantlar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanmışdır.
Sonda, tədbirdə iştirak edən və  müxtəlif sahələrdə uğurlar qazanmış nümayəndələrlə yanaşı,  Polis Akademiyasının kursantı da diplomla mükafatlandırılıb.


















Geriyə | Çap versiyası