xəbərlər

DİN-in Polis Akademiyasında yeni interaktiv tir istifadəyə verilib

16.10.2020

 Cinayətkarlığa qarşı mübarizə işinin təşkilini müasir elm və texnikanın nailiyyətlərindən istifadə etmədən təsəvvür etmək çətindir. Eyni zamanda müharibə vəziyyətində yaşadığımız bir  vaxtda müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, yüksək peşəkar kadrların hazırlanmasını DİN-in rəhbəri Akademiya qarşısında əsas məqsəd qoymuşdur.
Bu məqsədlə yeni tədris ilində Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun göstərişi əsasında Akademiyanın qapalı atıcılıq tirində yeni interaktiv tir istifadəyə verilmişdir.

Bu günə kimi DİN-in təsdiq etdiyi tədris işçi planına əsasən əyani təhsil üzrə 2-ci  və 3-cü kursların kursantları ilə Hərbi kafedrada tədris edilən “Atəş hazırlığı” fənnindən nəzəri və təcrübi dərslər təşkil olunurdu.  İnteraktiv tirin yaradılması artıq 1-ci kursun kursantlarının da atəş hazırlığı ilə bağlı əlavə dərslərin təşkil olunub keçirilməsinə şərait yaratmışdır.
 İnteraktiv tir kursantlara silahla nişan alma vərdişlərinin öyrənilməsi ilə yanaşı səhra şəraitində və qapalı ərazidə (parkda, küçədə, bankda, kafedə və s. kimi) müxtəlif şəraitlərə uyğun atış tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı nəzəri və təcrübi biliklərin əldə edilməsinə kömək edəcəkdir.




Geriyə | Çap versiyası