xəbərlər
Polis Akademiyasının “məhkəmə zalı”nda növbəti dərs keçirilmişdir
30.10.2020


Akademiyanın “Cinayət prosesi” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Anar Mikayılovun təşkilatçılığı ilə “Məhkəmə zalı”nda kursantlarla növbəti dərs zamanı məhkəmə prosesi təşkil olunub. Məhkəmə simulyasiyası qanunla müəyyən edilmiş bütün prinsiplər nəzərə alınmaqla, xüsusən çəkişmə və tərəflərin hüquq bərabərliyi prinsipləri əsasında keçirilmiş və sonda ittiham hökmü elan edilmişdir. Məhkəmə prosesində tərəf kimi bütün kursantlar fəallıq göstərmiş, hüquqi biliklərini yüksək səviyyədə nümayiş etdirmişlər.

Məhkəməni xatırladan “Məhkəmə zalı”nda keçirilən dərslər kursantlarda daha da maraq yaratdığından bu iş sistemli olaraq davam etdirilir.