xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşı və 2-ci kurs kursantı 26 mart 2021-ci il tarixində Ukrayna DİN-in Odessa Dövlət Universitetinin keçirdiyi “Avropaya inteqrasiya meyilləri kontekstində hüquq-mühafizə və insan hüquqları fəaliyyətinin problemli məqamları” adlı beynəlxalq elmi-praktiki konfransda onlayn formatda iştirak etmişlər

26.03.2021

Ukrayna DİN-in Odessa Dövlət Universitetində “Zoom” proqramı vasitəsilə onlayn formatda “Avropaya inteqrasiya meylləri kontekstində hüquq-mühafizə və insan hüquqları fəaliyyətinin problemli məqamları” mövzusunda 26 mart 2021-ci il tarixində beynəlxalq elmi-praktiki videokonfransı keçirilmişdir. Konfransda Ukraynanın müxtəlif ali təhsil müəssisələrinin aparıcı hüquqşünas alimləri, o cümlədən Belarusiya və Azərbaycan Respublikalarının nümayəndələri iştirak etmişdir. Konfransın işində Polis Akademiyasının “Mülki hüquq” kafedrasının polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədov və 2-ci kurs kursantı İranə Vahabova onlayn formatda iştirak etmişdir.
Konfransı giriş sözü ilə Ukrayna DİN-in Odessa Dövlət Universitetinin birinci prorektoru, hüquq elmləri doktoru, professor V.L. Groxolskiy açmış, daha sonra isə Ukrayna DİN-in Odessa Dövlət Universitetinin “Mülki hüquqi fənlər” kafedrasının rəisi, polis polkovniki, h.ü.e.n., dosent Viktor Petroviç Makoviy və “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədov “çıxış edərək təhsilalanların elmi fəaliyyəti haqqında məlumat vermiş və keçirilən bu kimi elmi tədbirlərin əhəmiyyətini qeyd etmişlər.
Konfransda Ukrayna və Belarusiya Respublikalarının ali təhsil müəssisələrinin tələbə və kursantları çıxışlar etmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının 2-ci kurs kursantı, polis sıravisi İranə Vahabova “Azərbaycan Respublikasının müasir sahibkarlıq hüququnda sahibkarlıq fəaliyyətinin anlayışı və əlamətləri: müqayisəli-hüquqi təhlil” mövzusunda çıxış etmiş, tədbir iştirakçılarının ona ünvanlanmış suallarını cavablandırmışdır.
Konfransın işinə yekun vuran Ukrayna DİN-in Odessa Dövlət Universitetinin “Mülki hüquqi fənlər” kafedrasının rəisi, polis polkovniki, h.ü.e.n., dosent Makoviy Viktor Petroviç çıxış edərək, konfransın işində fəal iştirakına və məzmunlu məruzəsinə görə  akademiyanın 2-ci kurs kursantı, polis sıravisi İranə Vahabovaya öz təşəkkürünü bildirmişdir.
Ümumilikdə tədbir işgüzar və səmərəli keçmişdir.

Geriyə | Çap versiyası