xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşı 29 mart 2021-ci il tarixində Avropa İttifaqı Agentliyinin (CEPOL) Şərq Tərəfdaşlığı ölkələri üçün həyata keçirdiyi “TOPCOP” layihəsi çərçivəsində keçirilmiş videokonfransda iştirak etmişdir

29.03.2021

Avropa İttifaqı Agentliyinin (CEPOL) Şərq Tərəfdaşlığı ölkələri üçün həyata keçirdiyi “TOPCOP” layihəsi çərçivəsində 29 mart 2021-ci il tarixdə keçirilmiş görüşdə Avropa İtiifaqı və MDB ölkələrindən, habelə beynəlxalq təşkilat və qurumlardan 53 nəfər nümayəndə iştirak etmişdir. İştirakçılar arasında Gürcüstan, Ukrayna və Moldovadan Ədliyyə, Daxili İşlər Nazirliyi və müxtəlif hüquq-mühafizə təhsil müəssisələrinin əməkdaşları və xüsusən də aktiv iştirak edən TOPCOP ekspertləri yer almışdır. Konfransda Azərbaycan Respublikası tərəfdən Dövlət Sərhəd Xidmətinin, Ədliyyə Nazirliyinin, Ədliyyə Akademiyasının, DİN-in Polis Akademiyasının Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis mayoru Elçin Orucov və DİN-in digər qurumlarının nümayəndələri iştirak etmişlər.  

Tədbiri açılış nitqi ilə Avropa İttifaqı Agentliyinin (CEPOL) Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Aleksandru Nikulita, AVROPOL-un Əməliyyat və Analiz Mərkəzinin rəhbəri Culia Viedma, Gürcüstan Daxili İşlər Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Natia Japaridze açaraq, onlayn konfransa uğurlar arzulamış və qarşılıqlı maraq doğuran sahələr üzrə faydalı müzakirələr aparacaqlarına ümid etdiyini bildirmişdir.
Konfrasdakı çıxışlardan birində “TOPCOP” eksperti Anselmo Del Moral Torres artıq “Təlim Portfeli”nin üzərində işlədiklərini və burada region üzrə təlim ehtiyaclarının araşdırıldığını, prioritetlərin müəyyən edildiyini və qarşılıqlı təlim və kursların təşkilinin habelə təcrübə öyrətmə və öyrənmə səfərlərinin təşkilinin nəzərədə tutulduğunu iştirakçıların diqqətinə çatdırdı. Daha sonra “TOPCOP” (CEPOL) üzrə Baş Layihə zabiti xanım Lilia Tulea çıxış edərək iştirakçılara “TOPCOP”un “ANASPOC” və “CAPASPOC”, iştirakçı ölkələrdəki cinayətkarlıq istiqamətləri üzrə qısaca məlumatları dinləyicilərin diqqətinə çatdırdı. Bununla yanaşı “CAPASPOC” istiqaməti üzrə əlaqələndiricilərin şəbəkəsinin yaradılması və gücləndiriməsi, bu şəbəkənin imkanlarının “ötürücü zəncir” qismində təlimlər yolu ilə bacarıqların inkişaf etdirilməsinin əhəmiyyəti də konfrans iştirakçılarının nəzərinə çatdırıldı.
Ümumilikdə tədbir işgüzar və səmərəli keçmişdir.



Geriyə | Çap versiyası