xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşı 30 mart 2021-ci il tarixində Ukrayna DİN-in Odessa Dövlət Universitetinin elmi-pedaqoji kollektivi və kursantları üçün videokonfrans formatda icmal mühazirə ilə çıxış etmişdir

30.03.2021

Ukrayna DİN-in Odessa Dövlət Universitetinin elmi-pedaqoji kollektivi və kursantları üçün “Azərbaycan daxili işlər orqanlarının fəaliyyətində müasir üsullarla ictimai asayişin qorunması” mövzusunda 30 mart 2021-ci il tarixdə “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovniki, h.ü.f.d., dosent Rafiq Nəcəfquliyev icmal mühazirə ilə çıxış etmişdir. 

Mühazirə iki əsas istiqamət üzrə sistemləşdirilmişdir. Birinci istiqamət Azərbaycanda daxili işlər orqanlarının fəaliyyətinin normativ-hüquqi tənzimlənməsinə həsr olunmuşdur. Bu istiqamət üzrə müstəqil dövlət quruculuğu mərhələsinin ilk dövrlərindən başlayaraq hazırkı dövrə qədər daxili işlər orqanlarının fəaliyyətinə dair normativ-hüquqi tənzimləmənin formalaşması haqqında məlumatlar əks olunmuşdur. Mühazirənin ikinci istiqaməti daxili işlər orqanlarının fəaliyyətinin əsaslarına  həsr olunmuşdur. Qeyd edilən istiqamətin strukturuna daxili işlər orqanlarının fəaliyyətində müasir üsulların tətbiqi ilə ictimai asayişin qorunması haqqında məlumatlar daxil edilmişdir. Mühazirədən sonra Ukrayna DİN-in Odessa Dövlət Universitetinin elmi-pedaqoji kollektivinin Azərbaycan Respublikasında daxili işlər orqanlarının fəaliyyətinə dair normativ aktların konkret müddəalarının tətbiqi ilə əlaqədar suallar cavablandırılmışdır. Bu prosesdə mühazirəçi milli qanunvericilik aktlarının tətbiqi prosesində rast gəlinən problemli məsələlərə dair “DİO-nun inzibati fəaliyyəti” kafedrasının formalaşmış vahid mövqeyi haqqında da məlumat vermişdir. Suallar cavablandırılarkən yaranan əlavə dəqiqləşdirmələr zamanı milli qanunvericiliyin digər dövlətlərin analoji aktları ilə müqayisəli təhlili xüsusi marağa səbəb olmuşdur.

Mühazirə müddətində Ukrayna DİN-in Odessa Dövlət Universitetinin elmi-pedaqoji kollektivi ilə yanaşı iştirakçı olan kursantlar tərəfindən verilən suallar da ətraflı cavablandırılmışdır. Suallar arasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən tabel silahından istifadə, polis zabitlərinin psixoloji dayanıqlığı, kadr hazırlığı, daxili işlər orqanlarında gender, həmçinin işğaldan azad edilən ərazilərdə ictimai təhlükəsilzik tədbirləri ilə bağlı məsələlərə də toxunulmuşdur.
Ümumilikdə tədbir işgüzar və səmərəli keçmişdir.


Geriyə | Çap versiyası