xəbərlər

Polis Akademiyası rəhbərliyinin təşəbbüsü ilə 15 aprel 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutu tərəfindən akademiyanın pedaqoji heyətilə onlayn ixtisasartırma təliminə başlanılmışdır

15.04.2021

 Daxili İşlər Nazirliyi üçün yüksək ixtisaslı, peşəkar polis kadr hazırlığını həyata keçirən xüsusi təyinatlı ali təhsil müəssisəsi kimi Polis Akademiyasında müəllim heyətinin pedaqoji məharətinin yüksəldilməsi qarşıya qoyulmuş prioritet vəzifə olmaqla yanaşı bu məqama xüsusi diqqət yetirilir.
Açılış tədbirində çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin ölkəmizdə uğurla davam etdirildiyini, təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqi, müəllimlərin ixtisas və peşəkarlıq səviyyələrinin artırılması sahəsində mühüm işlər görüldüyünü qeyd edərək rəhbərlik etdiyi təhsil müəssisəsi ilə Polis Akademiyası arasında yaradılmış qarşılıqlı əlaqədən məmnunluğunu ifadə etmişdir.

Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov çıxış edərək müəllimin peşəkarlığının, öz peşəsində səriştəli olmasının təhsilalanların daha yaxşı oxumalarına, təhsil prosesində daha dərin və hərtərəfli bilik, bacarıq və vərdişlər qazanmalarına, mənəvi-əxlaqi dəyərlərə daha mükəmməl yiyələnmələrinə, rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmalarına, hər bir vətəndaşın cəmiyyətin layiqli üzvü kimi tərbiyə olunmasına, milli və ümumbəşəri dəyərləri mənimsəmələrinə əlverişli zəmin yaratdığnı qeyd etmiş, Naxçıvan Müəllimlər İnstitutu ilə əməkdaşlığın, müəllim kollektivlərinin aparacağı qarşılıqlı müzakirələrin hər iki təhsil müəssisəsi üçün faydalı olacağını vurğulayaraq təlimin işinə uğurlar arzulamışdır.
Sonra təsdiq olunmuş cədvəl üzrə institutun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Tamara Baxşəliyeva tərəfindən “Təhsil sistemində yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi” mövzusunda ilk dərs keçirilmişdir.  

Geriyə | Çap versiyası