xəbərlər

«İnsan hüquqları aylığı» ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən Polis Akademiyasına dəyirmi masa təşkil edilmişdir.

18.06.2009

18.06.2009-cu il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə 2008-ci il mayın 19-dan iyunun 18-dək respublikamızda keçirilən «İnsan hüquqları aylığı» ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən Polis Akademiyasına dəyirmi masa təşkil edilmişdir. Bu tədbirə Azərbaycan Respublikasının Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Həvva Məmmədova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) aparatının nümayəndələri Vüqar Məhərrəmov və Zaur Əliyev, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hüquq şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Elgün Səfərov, DİN-in Mərkəzi aparatının əməkdaşları Kamal İmanverdiyev və Nazim Əbdülzadə, digər qonaqlar da dəvət edilmişlər.

Geriyə | Çap versiyası