xəbərlər

Polis Akademiyası rəisinin birinci müavini, professor Mahir Əhmədov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasında keçirilən onlayn tədbirdə iştirak edib

28.04.2021

 28 aprel 2021-ci il tarixdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasında milisin (polis) rəhbər heyətinin hazırlanması, yenidən hazırlanması və ixtisasartırması məqsədi ilə MDB-yə üzv Dövlətlərin Təhsil Təşkilatları Birliyi yanında Beynəlxalq sosial-hüquqi tədqiqatlar laboratoriyasının onlayn iclası  keçirilmişdir.
Bu tədbirin məqsədi Beynəlxalq elmi laboratoriyanın fəaliyyəti çərçivəsində gələcək əməkdaşlığın əsas məsələləri barədə fikir mübadiləsi aparmaq və mövqe formalaşdırmaqdır.

Tədbirdə MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirliklərinin ali təhsil müəssisələrinin iyirmiyə yaxın rəhbər heyəti iştirak etmişdir.
Tədbirin açılış mərasimində Rusiya Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyası rəisinin müavini, hüquq elmləri doktoru, professor, polis polkovniki Nikolay Vladimiroviç Pavliçenko çıxış edərək iştirakçıları salamladı və yığıncağın işinə uğurlar arzuladı.

Tədbir çərçivəsində 2021-ci il üçün sosial-hüquqi tədqiqatlar üzrə Beynəlxalq elmi laboratoriyanın iş planının koordinasiyası, MDB-yə üzv dövlətlərin Daxili İşlər Nazirliklərinin Təhsil Təşkilatları Assosiasiyasının üzvləri arasından hüquq-mühafizə sahəsində beynəlxalq elmi tədqiqatların hazırlanması və razılaşdırılması, koordinasiyası və monitorinqinin aparılması üçün işçi qrupunun yaradılması istiqamətləri üzrə müzakirələr aparılmışdır.

Tədbirdə eyni zamanda fundamental elmi-tədqiqat işinin təşkili üzrə  "Rusiya Federasiyası daxili işlər orqanlarının fəaliyyətinə elmi dəstək sisteminin təkmilləşdirilməsi", "Vətəndaşların və ictimai asayişin təhlükəsizliyini təmin etmək üçün sosial gərginlik və daxili işlər orqanlarının fəaliyyəti",  Rusiya Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasının "Akademik Düşüncə" nəşrinin redaksiya heyətinin tərkibində dəyişiklik edilməsi mövzularında məruzə ilə çıxışlar edildi.
Qeyd edilən istiqamətlər və mövzular üzrə diskussiyalar və sual-cavab aparılıb.
Tədbirdə və müzakirələrdə Polis Akademiyasının rəisinin birinci müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor Mahir Əhmədov iştirak etmişdir.
Tədbirin sonunda Nikolay Pavliçenko qonaqlara və iştirakçılara praktiki və elmi fəaliyyətlərində uğurlar arzulayaraq təşəkkürünü bildirdi.
Ümumilikdə tədbir işgüzar və səmərəli şəraitdə baş tutmuşdur.

Geriyə | Çap versiyası