xəbərlər

Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “Basketbol” idman növü üzrə Akademiya birinciliyi keçirilmişdir.

01.05.2021

Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbrilər çərçivəsində “Basketbol” idman növü üzrə 29-30 aprel 2021-ci il tarixlərdə keçirilmiş Akademiya birinciliyi üzrə yarışın açılışında dövlət himni səsləndikdən sonra I-IV kurslardan formalaşan komandalar arasında yarışlar keçirilmişdir.

 Akademiya birinciliyində IV kurs – 1-ci yer, II kurs – 2-ci yer, I kurs – 3-cü yer tutmuş, oyunçular arasında IV kurs kursantı Nəcəfov Ruslan isə oyun texnikası ilə seçilərək fəxri diploma layiq görülmüşdür. Mükafatlandırma zamanı qaliblərə kubok, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.
Bu kimi idman tədbirlərinin keçirilməsi kursantların fiziki hazqılığını artırmaqla yanaşı, həm də kollektiv mənəvi-psixoloji mühitin yaxşılaşdırılmasına, birlik, dostluq və həmrəylik kimi yüksək prinsiplərin aşılanmasına xidmət edir.




Geriyə | Çap versiyası