xəbərlər

Polis Akademiyasının nümayəndəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən VI elmi-texniki konfransda iştirak edib

04.05.2021

4 may 2021-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda VI elmi-texniki konfrans keçirilib. Videokonfrans rejimində keçirilən tədbirdə FHN Akademiyasının və respublikanın bir sıra ali məktəblərinin professor və müəllimləri iştirak edib.
Konfransı giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkənin inkişafında, milli intibahın təminatında təhsilə və elmə daim böyük əhəmiyyət verib. Gənc nəslin elm və təhsilə cəlb edilməsi onun müdrik siyasətinin daimi prioritetlərindən olub. Ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev də təhsil və elm sahəsini daim xüsusi diqqətdə saxlayır. Məhz ölkə başçısının bilavasitə təşəbbüsü ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu istiqamətdə əhəmiyyətli nəticələr əldə olunur.

Akademiya rəisi, həmçinin bildirib ki, dünyanın ayrı-ayrı hissələrində son zamanlar baş verən təbii və texnogen mənşəli fəlakətlər göstərir ki, bu hadisələrin elmi əsaslarının daha dərin, hərtərəfli, kompleks öyrənilməsinə və tədqiq edilməsinə böyük ehtiyac var. Konfransda təqdim edilən məqalələrin fövqəladə halların qarşının alınması və nəticələrinin aradan qaldırılması istiqamətdə görülən işlərə faydası olacaqdır.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və Təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev zəngin siyasi fəaliyyəti ilə Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynayıb. Azərbaycan xalqı Ulu Öndərin adını hər zaman əziz tutur, müstəqil dövlətimizin xilaskarı, qurucusu və memarı kimi tanıyır.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında FHN Akademiyasının və ölkənin bir sıra ali məktəblərinin nümayəndələri müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər. Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirdi. “Həyat fəaliyyətinin təhlükəsizliyi” bölməsi üzrə DİN-in Polis Akademiyasının Hərbi kafedrasının rəisi, polis polkovniki, dosent Hacı Aslanov “Dünyada və Respublikamızın ərazisində baş verən təbii fəlakətlər, texnogen mənşəli təhlükələr və onların xarakteristikası” mövzusunda çıxış etmişdir.
Ümumilikdə tədbir işgüzar və səmərəli keçmişdir.
                                             

Geriyə | Çap versiyası