xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasında onlayn formatda keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak etmişdir

21.05.2021

21 may 2021-ci il tarixdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İdarəetmə Akademiyasında “Cinayətlərin araşdırılmasında qarşıdurma haqqında nəzəriyyənin inkişafı və rəqəmsal transformasiya şəraitində onun aradan qaldırılması üzrə tədbirlər” mövzusunda onlayn formatda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə RF DİN-in İdarəetmə Akademiyasının rəisi, polis general-leytenantı, texniki elmlər doktoru, dosent K.Nikolaeviç açaraq iştirakçıları salamlayaraq mövzunun aktuallığı barədə məlumat vermiş və konfransın işinə uğurlar arzulamışdır. Həmçinin, konfransın plenar iclasında RF Prezidenti yanında elm və təhsildə gənclərin işləri üzrə Koordinasiya Şurasının sədri N.V.Marçenkov, Kazaxstan Respublikası Baş Prokurorluğu yanında Hüquq-mühafizə orqanları Akademiyası rektorunun vəzifələrini müvəqqəti icra edən, hüquq elmləri doktoru, professor         K.K. Seytenov, Belarus DİN-in Akademiyasınin rəis müavini, hüquq elmləri namizədi, dosent P.V.Qridyuşkonun təbrikləri və çıxışları dinlənilmişdir.

RF DİN-in İdarəetmə Akademiyası ilə  DİN-in Polis Akademiyası arasında iki tərəfli əməkdaşlıq çərçivəsində konfransda iştirak üçün daxil olmuş dəvət məktubuna əsasən DİN-in Polis Akademiyasının Kriminalistika kafedrasının rəisi, polis polkovniki, hüquq üzrə fəlsəfə doktoru, dosent Allahverdi Mahmudovun “Kibercinayətlərin cinayət-hüquqi tənzimlənməsi və təsnifatının bəzi aspektləri” mövzusunda təqdimatı olmuşdur.
Konfrans öz işini müzakirələrlə sona çatdırmışdır.


Geriyə | Çap versiyası