xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Federasiyası DİN-in V.Y.Kikot adına Moskva Universitetində beynəlxalq elmi-praktik videokonfransda iştirak etmişdir

28.05.2021

     28 may 2021-ci il tarixində Rusiya Federasiyası DİN-in V.Y. Kikot adına Moskva Universitetində “Rusiya Federasiyası vətəndaşlarının konstitusiya hüquq və azadlıqlarının, suverenliyinin və ərazi bütövlüyünün cinayət-hüquqi mühafizəsi” mövzusunda  Beynəlxalq elmi-praktik videokonfrans keçirilmişdir.
   Rusiya Federasiyası DİN-in V.Y. Kikot  adına Moskva  Universitetinin rəisi polis general-leytenantı İ.A.Kaliniçenko konfrans iştrakçılarını salamlayaraq,  müraciətində insan və vətəndaş, konstitusiya hüquq və azadlıqlarının, dövlət suverenliyi  və  ərazi bütövlüyünün  mühafizəsi məsələlərinin dövlətlərin əsas və vacib vəzifələrindən biri  olduğunu qeyd etdi.
     Beynəlxalq elmi-praktik konfransda   insan və vətəndaş,  konstitusiya hüquq və azadlıqlarının  təmin edilməsi çərçivəsində cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın  hüquqa  uyğunluq  məsələləri, konstitusiya islahatları, iqtisadi təhlükəsizlik  kontekstində  dövlət suverenliyi və ərazi bütövlüyünün təmin edilməsinin cinayət-hüquqi vasitələri  məsələlərinə xüsusi diqqət yetirildi.
     Beynəlxalq elmi-praktik konfransda MDB-in iştirakçı dövlətlərinin: Azərbaycan, Belarus və Rusiya   DİN-in  xüsusi  təyinatlı  təhsil müəssisələrinin  nümayəndələri ilə yanaşı, Rusiya Federasiyasının ali təhsil müəssisələrinin rəhbərləri,  tanınmış alim və  mütəxəssisləri iştirak etmişdilər.
     Tədbirdə Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, dosent, polis polkovniki  Şahin Şükürov  “İnsan və vətəndaş, hüquq və azadlıqlarının təmin edilməsində  MDB-in iştirakçı dövlətlərinin müasir konstitusiyaları əsaslı dəyərlər kimi” mövzusunda məruzə ilə çıxış etmişdir.
   Konfransda çıxış edən qonaqlar beynəlxalq tədbirin keçirilməsini yüksək qiymətləndirib və bu əməkdaşlıqdan öz məmnunluqlarını bildirdilər.
Konfrans öz işini müzakirələrlə yekunlaşdırıb.



Geriyə | Çap versiyası