xəbərlər
Polis Akademiyasının 100 illiyi münasibətilə kursantlar arasında “Ən gözəl nitq” müsabiqəsi keçirilmişdir
09.06.2021
DİN-in Polis Akademiyasının yaranmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər davam etdirilməkdədir. Polis Akademiyasında kursantların nitq qabiliyyətinin yoxlanması məqsədilə müsabiqə elan olunmuşdur.
09 iyun 2021-ci ildə yubiley münasibəti ilə “Ən gözəl nitq” müsabiqəsi keçirilmişdir. Müsabiqədə 29 kursant natiqlik məharətlərini sınamışdır. Kursantlar “DİN-in Polis Akademiyasının yaranma tarixi və inkişafı”, “DİN-in Polis Akademiyasının DİO-nun fəaliyyətində rolu” və “DİN-in Polis Akademiyasında kursantlıq həyatı” mövzuları üzrə çıxışlar hazırlamışdır.
Münsiflər heyəti tərəfindən müsabiqədə hər bir kursant dəyərli çıxışları ilə bir-birindən fərqləndirilir və onların nöqsanları bildirilir, qaliblər müəyyənləşdirilirdi. Nəhayət, müsabiqədə IV kurs kursantı Əliyeva Ayişə bədii üslubda yazdığı “DİN-in Polis Akademiyasında kursantlıq həyatı” adlı çıxışı ilə birinci yerə layiq görüldü. Digər qaliblərdən ikinci yerə IV kurs kursantı Babayev Telman və üçüncü yerə isə I kurs kursantı Əliyev Səyyad layıq görüldülər.
Tədbirin sonunda qaliblərə sertifikat və mükafatlar, digər kursantlara isə iştirakçı sertifikatı təqdim edildi.

.png)