xəbərlər

Polis Akademiyasında “15 iyun - Milli Qurtuluş” gününə və Akademiyanın 100 illik yubileyinə həsr olunmuş qadın kursantlar arasında “Güllə atıcılığı” üzrə yarış keçirilmişdir

09.06.2021

09 iyun  2021-ci il  tarixdə “15 iyun - Milli Qurtuluş” gününə və  Akademiyanın 100 illik yubileyinə həsr olunmuş qadın kursantlar arasında “Güllə atıcılığı” üzrə yarış keçirilmişdir.
Təşkil olunan yarışın məqsədi qadın kursantların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eyni zamanda silahdan istifadə etmə qaydalarının öyrədilməsi,  eləcə də atıcılıq üzrə yarışın təşkili və keçirilməsindən ibarət olmuşdur.
Tədbiri Hərbi kafedranın rəisi polis polkovniki Hacı Aslanov giriş sözü ilə açaraq Polis Akademiyasında qadın kursantlar arasında atıcılıq üzrə yarışın ilk dəfə olaraq keçirildiyini və bu tədbirin gələcəkdə ənənəvi hal alaraq qadın kursantların atıcılıq vərdişlərinin təkmilləşdirilməsində xüsusi rolunu qeyd etmişdir. 

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Yarışda IV kurs üzrə – 5, III kurs üzrə – 2, II kurs üzrə – 5 və I kurs üzrə – 1 qadın kursant iştirak etmişdir.
Akademiyanın qapalı atıcılıq tirində keçirilmiş yarışın nəticələrinə əsasən, şəxsi birincilikdə IV kursun kursantı Əliyeva Ayişə 98 xalla I yerə, II  kursun kursantı Quliyeva Aynur 88 xalla II yerə, IV kursun kursantı Heydərova Fidan 87 xalla III yerə layiq görülmüşlər.  
Tədbirin yekununda qaliblərə diplom, medal, plaket və qiymətli hədiyyələr təqdim edilmişdir.

Geriyə | Çap versiyası