xəbərlər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) təşkilatçılığı ilə “Yüksəkixtisaslı hüquqşünas kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda onlayn formatda keçirilmiş elmi konfransda Akademiyanın nümayəndə heyəti iştirak edib

10.06.2021

10 iyun 2021-ci il tarixdə keçirilən onlayn konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində ölkəmizin qazandığı nailiyyətlərə diqqət çəkib.
Daha sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək bildirib ki, vəkillik institutunun tarixinə ekskurs edərək müqayisəli təhlil aparıb, eyni zamanda, hüquq təhsilinin əhəmiyyətini, ölkədə bu sahədə təhsil alan gənclərə xüsusi diqqət və qayğının göstərilməsinin vacibliyinə diqqət çəkib.

DİA-nın Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İsaxan Vəliyevin moderatorluğu ilə davam edib. Elmi konfransda dövlət qurumlarının rəhbərlərinin, ali təhsil müəssisələrinin rektorlarının, Milli Məclisin deputatlarının, hüquqşünas alimlərin, nüfuzlu ekspertlərin, ictimai-siyasi xadimlərin Azərbaycanda yeni nəsil peşəkar hüquqşünas kadrların hazırlanması məsələləri, bu sahədə problemlər və perspektivlərlə bağlı  məruzələri dinlənilib.
Elmi konfransda DİN-in Polis Akademiyası rəisinin 1-ci müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor, Əməkdar müəllim Mahir Əhmədovun “Polis Akademiyasında kadr hazırlığının xüsusiyyətləri” mövzusunda məruzə edib.

Geriyə | Çap versiyası