xəbərlər

Azərbaycan Texniki Universitetinin müəllim və tələbələrindən ibarət olan nümayəndə heyəti Polis Akademiyası ilə tanışlıq ekskursiyasında olublar

11.06.2021

2021-ci ilin iyunun 11-də Azərbaycan Texniki Universitetinin müəllim və tələbələrindən ibarət olan nümayəndə heyəti  Polis Akademiyası ilə tanışlıq ekskursiyasında olublar.
Qonaqları qarşılayan Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov Akademiya rəisinin salamlarını çatdıraraq Akademiyanın 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərdən biri kimi bu görüşü qiymətləndirmiş, Akademiyanın tarixi barəsində, aparılan təlim-tədris prosesi haqqında geniş məlumat vermişdir.

Akademiyanın tədris korpusları, idman meydançaları və zalları, kriminalistik şəhərcik, kitabxana, kursant yeməkxanası və yataqxanaları ilə tanışlıqldan sonra qonaqlar Ümummilli Liderin  dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün  imkanların yaradıldığı Heydər Əliyev Mərkəzində olublar.
DİN-in Polis Akademiyasının ötən müddət ərzində ölkə və DİN-in rəhbərliyinin ali diqqət və qayğısı sayəsində böyük bir inkişaf yolu keçirdiyi qonaqların diqqətinə çatdırılıb. Bununla yanaşı daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrların hazırlandığı, maddi-texnki bazanın ən müasir tələblərə cavab verdiyi, Müstəqil Dövlətlər Birliyinin və dünyanın bir sıra digər ölkələrinin analoji təhsil müəsssisələri ilə əlaqələrin, həmçinin təhsil və təcrübə mübadiləsinin də daim inkişaf etdirildiyi xüsusilə vurğulandı.
Görüş zamanı Azərbaycan Texniki Universitetinin tələbələrinə o da bildirildi ki, yüksək nəzəri biliklərin əldə edilməsi və yaradıcılıq vərdişlərinin formalaşdırılması üçün tələbələrimizin elmi tədqiqat işinə cəlb olunması fəaliyyətimizin mühüm istiqamətlərindən biridir.

Bu baxımdan Polis Akademiyasında Kursant Elmi Cəmiyyətinin, Hüquq Klinikasının, kafedraların nəzdində elmi dərnəklərin yaradılması və fəaliyyəti, tələbə elmi-praktiki konfransların ənənəvi olaraq keçirilməsi, tələbələrimizin Respublikamızda və xarici ölkələrdə keçirilən müxtəlif intellektual yarışlarda iştirak etməsi və yüksək nəticələr qazanması təbii ki, onların yüksək ixtisaslı hüquqşünas kadr kimi formalaşmasına öz müsbət təsirini göstərir.
Qonaqlar görüşdən mənmunluq keçirdiyini və səmərəli məlumat mübadiləsinə görə dərin minnətdarlığını bildiribər.

Geriyə | Çap versiyası