xəbərlər

Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “Futbol” üzrə çempionat başa çatmışdır

10.06.2021

 08-10 iyun tarixlərində Akademiyanın idman şəhərciyində Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş “Futbol” üzrə Akademiya birincilyi keçirilmişdir. Yarışda Akademiyanın I-IV kursları və daimi heyətdən ibarət iki komanda iştirak etmişdir.
Turnirdə 3 yer uğrunda I və II kurs komandaları arasında çox çətin və gərgin mubarizə ilə keçmişdir. Ümumilikdə 7 sarı və 3 qırmızı vərəqənin göstərildiyi turnir III kurs komandasının çempionluğu ilə başa çatdı.
Nəticədə II kurs – 3-cü yer, IV kurs – 2-ci yer və III kurs – 1-ci yerə layıq görüldülər. Oyunçular arasında IV kurs kursantı İsmayılzadə Ömər turnirin ən yaxşı qapıçısı və III kurs kursantı Süleymanov Süleyman isə ən yaxşı oyunçusu  fəxri diplomuna layiq görüldülər.
Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə Polis Akademiyası rəisinin döyüş və xidməti hazırlıq üzrə müavini,  polis polkovniki İlyas İsayev tərəfindən təltif olundular.

Geriyə | Çap versiyası