xəbərlər

Polis Akademiyasında “15 iyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilmişdir

15.06.2021

DİN-in Polis Akademiyasında “15 iyun –Milli Qurtuluş Günü” ilə əlaqədar olaraq “İctimai elmlər” kafedrasının təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Polis Akademiyasının zabit və kursantlarının iştirakı ilə keçirilən tədbirdə “İctimai elmlər” kafedrasının müəllimi, polis mayoru Əfqan Qasımzadə geniş məruzə ilə çıxış etmişdir. Çıxışında XX əsrin 80-cı illərinin sonu - 90-cı illərinin əvvəllərində Azərbaycanda mürəkkəb, ziddiyyətli və gərgin vəziyyət, müstəqillik əldə etdikdən sonra respublikanın keçirdiyi dərin sosial-iqtisadi və ictimai-siyasi vəziyyəti haqqında ətraflı məlumat vermişdir. Ə.Qasımzadə onu da qeyd etmişdir ki, 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər ziyalısının “Səs” qəzeti vasitəsilə Ümummilli lider Heydər Əliyevə müraciət etməsi nəticəsində, Ulu öndərin xalqın dəvəti ilə 1993-cü il iyunun    9-da Bakıya gəlmiş, həmin ilin iyun ayının 15-də Ali Sovetin sədri seçilməsi ilə Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir inkişaf mərhələsi başlamışdır.
Tədbirin sonunda “15 iyun – Milli Qurtuluş Günü” ilə bağlı videoçarx təqdim olunmuşdur.






Geriyə | Çap versiyası