xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə əlaqədar olaraq keçirilən onlayn dəyirmi masada Polis Akademiyasının əməkdaşları iştirak etmişdir

25.06.2021

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında 25 iyun 2021-ci il tarixində  26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə əlaqədar olaraq “Zoom” proqramı vasitəsi ilə keçirilən onlayn dəyirmi masada Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dos.  Hikmət Eyvazov, Hərbi kafedranın kafedrasının rəisi, polis polkovniki, dos.  Hacı Aslanov və İctimai elmlər kafedrasının rəisi, polis polkovnik-leytenantı, t.ü.f.d. Rəhim Məcnunov iştirak etmişdir.

Tədbirdə giriş nitqi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının  rəisinin birinci müavini polkovnik-leytenant Elşad Nəsirov, Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəis müavini general-mayor Hafiz Musayev, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının  rəisinin birinci müavini polkovnik-leytenant  Qəzənfər Bağırov və Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisinin müavini professor, gömrük xidməti polkovnik-leytenantı Cəmilə Namazova çıxış etmişlər.
Tədbirdə digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin əməkdaşları ilə yanaşı  Polis Akademiyasının Hərbi kafedrasının rəisi “Azərbaycan ordusunun inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda çıxış etmişdir.

Daha sonra Polis Akademiyasının Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi çıxış edərək bildirdi ki, dövlət başçısı ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparır. Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi daxil olan Vətən müharibəsində ordumuzun ən müasir silahlardan istifadə etməklə, qısa müddət ərzində düşmənin hərbi texnikasının böyük hissəsi və canlı qüvvəsini məhv etdiyi həmçinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən ordusunu darmadağın edərək Ermənistanı hərbi kapitulyasiya sənədini imzalamasına məcbur etdiyini  xüsusi vurğuladı.
Sonda dəyirmi masa iştirakçıları xüsusi təyinatlı ali təhsil müəssisələri arasında belə tədbirlərin keçirilməsinin qarşılıqlı əməkdaşlıq üçün əhəmiyyətini yüksək qiymətləndirmiş və təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.

Geriyə | Çap versiyası