xəbərlər

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Omsk Akademiyasında keçirilən beynəlxalq elmi konfransda Polis Akademiyasının kursantı 1-ci yeri tutaraq diploma layiq görülmüşdür

29.07.2021

 21 aprel 2021-ci il tarixində Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Omsk Akademiyasında kursantların, dinləyicilərin və tələbələrin “İnsan. Cəmiyyət. Qanun”  adlı beynəlxalq elmi konfransı keçirilmişdir.

Beynəlxalq elmi konfransda Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin B.Beysenova adına Karaqanda Akademiyasının, Belarus Respublikası Daxili İşlər Nazirliyinin Akademiyasının, Belarus Respublikası Daxili İşlər Nazirliyinin Mogilev İnstitutunun, Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Universitetinin, Volqoqrad Akademiyasının, V.Y.Kikot adına Moskva Universitetinin, Krasnodar Universitetinin, Sibir Hüquq Universitetinin, F.M.Dostoyevski adına Omsk Dövlət Universitetinin, Nijni Novgorod Akademiyasının, Kazan Hüquq İnstitutunun, Ural Hüquq İnstitutunun, V.V.Lukyanova adına Orlov Hüquq İnstitutunun, Barnaul Hüquq İnstitutunun, Şərqi-Sibir İnstitutunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Şrakbek Kabılbaev adına Kostanay Akademiyasının, Rusiya Dövlət Universitetinin Şimal-Qərb filialının kursantları, dinləyiciləri və tələbələri iştirak etmişdir.

Konfransda “Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti”, "Maliyyə və sahibkarlıq sahəsində inzibati məsuliyyət", "Cinayət hüququnun aktual məsələləri", "Həbs şəklində cəzanın icrası problemləri" bölmələri üzrə kursant, dinləyici və tələbələr bilik və yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Konfransda Akademiyanın “DİO-da əməliyyat-axtarış fəaliyyəti” kafedrasının müəllimi Eldar İsmayılovun elmi rəhbər olduğu IV kurs kursantı Səfiyev Tural  məruzə ilə çıxış edərək “Daxili işlər orqanlarının əməliyyat-axtarış fəaliyyəti” bölməsi üzrə 20-dən çox iştirakçının nəticələrinin qiymətləndirilməsinə görə 1-ci yeri tutaraq diploma layiq görülmüşdür.

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Omsk Akademiyasının rəisi, polis general-mayoru S.K.Buryakov kursantın I yerə layiq olduğuna, diplomla təltif edildiyinə və konfransda iştirakının təmin edilməsinə görə DİN-in Polis Akademiyasının rəisinə minnətdarlıq məktubu ünvanlamışdır.

Geriyə | Çap versiyası