xəbərlər
Polis Akademiyasında yeni tədris ili başlayıb. “Bilik günü” qeyd olunub.
15.09.2021
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni ifa edilib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, polis polkovniki Canpolad Daanov yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrikini professor-müəllim heyətinə, kursantlara çatdırıb və onları təbrik edib.
Ötən dövr ərzində qəhrəman, fədakar və vətənpərvər Azərbaycan polisinin yetişməsində mühüm rol oynayan Akademiyanın tarixinə qısa nəzər salaraq, onun keçdiyi tarixi inkişaf yolundan bəhs edən Akademiya rəisi bu təhsil ocağının maddi-texniki bazasının formalaşmasının, daimi və dəyişən heyətin sosial şəraitinin yaxşılaşdırılmasının DİN rəhbərliyinin xüsusi nəzarətində olduğunu diqqətə çatdırıb.
Polis polkovniki Canpolad Daanov bu il əyani təhsil üzrə birinci kursa qəbul edilmiş 199 kursantdan 35-nin 600-dən, 4-nün
“Kriminalistika” kafedrasının rəisi, polis polkovniki Allahverdi Mahmudov Akademiyada daxili işlər orqanları üçün yüksək ixtisaslı, peşəkar kadr hazırlığı istiqamətində təlim-tədris prosesinin uğurla həyata keçirildiyini, respublikanın, o cümlədən bir sıra xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirildiyini, təhsil və elmi-tədqiqat sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirildiyini qeyd edib.
Sonra ötən tədris ilini əla qiymətlərlə başa vurmuş 5 kursanta “Əlaçı kursant” , idmanda qazandıqları uğurlara görə isə 4 kursanta “İdmançı kursant” döş nişanı təqdim olunub.
Tədbirə yekun vuran Akademiya rəisi, polis polkovniki Canpolad Daanov kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, tədrisə məsuliyyətlə yanaşmağı, Vətənə, dövlətə, xalqa sədaqətli olmağı, müasir tələblərə cavab verən, hərtərəfli hazırlıqlı zabit kimi formalaşmağı tövsiyə edib.
Daha sonra kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.


.png)





