xəbərlər

Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında tədbir keçirilmişdir

25.08.2008

2008-ci il Olimpiya oyunlarında iştirak edən əməkdaşların və imtahan sessiyasını əla qiymətlərlə başa vuran müdavimlərin mükafatlandırılması ilə bağlı Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında tədbir keçirilmişdir.

2008-ci il Yay Olimpiya oyunlarında Polis Akademiyasının iki əməkdaşı - cüdo üzrə yığma komandanın üzvü, yarışların bürünc mükafatçısı, «Fiziki hazırlıq» kafedrasının baş müəllimi, polis baş leytenantı Mövlud Mirəliyev və güləş üzrə hakim briqadasının üzvü, həmin kafedranın İdman-sağlamlıq kompleksinin rəisi, polis mayoru Hicran Şərifov respublikamızı layiqincə təmsil etmişlər.

Test qəbul imtahanları nəticəsində 673 bal topladığına görə I kurs müdavimi Zaur Abdullayev Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq bilinmişdir.

2007/2008-ci tədris ilinin yay imtahan sessiyasını III kurs müdavimləri Rahib Əliyev, Tural Kazımov, IV kurs müdavimləri Orxan Yaqublu, Babək Rüstəmov, Moşu Paşayev, V kurs müdavimləri Zaur Abbasov, Nizami Məmmədov və Tərlan Zeynalov əla qiymətlərlə başa vurmuşlar.


Geriyə | Çap versiyası