xəbərlər
DİN-in Polis Akademiyasının əməkdaşı Avropa İttifaqının “TOPCOP” layihəsi çərçivəsində Yunanıstanın Afina şəhərində həyata keçirilən mübadilə proqramında iştirak edib.
02.10.2021

Mübadilə Proqramı çərçivəsində Yunanıstanın DİN-in İnsan alverinə qarşı mübarizə idarəsi, İNTERPOL-un Yunanıstandakı Milli Mərkəzi Bürosu, Yunanıstan Polis Akademiyasının tərkibindəki Leytenant məktəbi, İxtisasartırma məktəbi, Çavuş məktəbi, Milli təhükəsizlik məktəbi, habelə Polis Sərhəd Müdafiəsi İdarəsinin rəhbər və məsul şəxsləri ilə qarşılıqlı görüşlər keçirilmişidir. Yunanıstanın Afina şəhərində yerləşən Polis Akademiyası və onun tərkibində fəaliyyət göstərən İxtisasartırma məktəbi, Milli təhlükəsizlik məktəbinin rəhbər heyətləri ilə görüşlər keçirilərək onların fəaliyyət dairəsi barədə maraqlı məlumatlar əldə edilmişdir. Eyni zamanda Polis Akademiyasının maddi-texniki bazası, tədris prosesi və akademiyaya qəbul məlumatları diqqətə çatdırılmışdır.
Ümumilikdə təcrübə mübadiləsi işgüzar və səmərəli keçmişdir.