xəbərlər

Polis Akademiyasının əməkdaşları Sumqayıt Dövlət Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illiyi münasibətilə Respublika elmi konfransında iştirak etmişlər

14.10.2021

 Oktyabrın 14-də Sumqayıt Dövlət Universitetində “Azərbaycan Respublikası 1991-2021: dövlət müstəqilliyinin bərpası, iqtisadi və sosial-mədəni inkişafı” mövzusunda Respublika elmi konfransı onlayn formatda keçirilmişdir.
Konfransda Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı, professor Hikmət Baba oğlu, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov və respublikamızın tanınmış tarixçi alimləri, Polis Akademiyasının elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin rəisi, polis polkovniki, h.ü.f.d., dos. Hikmət Eyvazov və «İctimai elmlər» kafedrasının baş müəllimi t.ü.f.d., dos. Rəşad Qasımov iştirak etmişlər.

Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş nitqi ilə açan universitetin rektoru, professor Elxan Hüseynov qonaqları salamladı, tarixi zəfərimizdən, müstəqilliyimizdən və konfransın əhəmiyyətindən danışdı, iştirakçıları bayram münasibətilə təbrik etdi.
Konfransda AMEA-nın müxbir üzvü, Millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı, SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, millət vəkili, professor Hikmət Baba oğlu, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Millət vəkili, professor Anar İsgəndərov, SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov çıxış etdilər.
İştirakçılar belə bir mövzuda konfransın təşkili üçün Sumqayıt Dövlət Universitetinin rektoruna, təşkilat komitəsinə dərin təşəkkürlərini bildirdilər.
Konfrans öz işini 4 bölmədə 154 məruzə üzrə iki gün davam etdirmişdir.
Konfrans müzakirələrlə başa çatmışdır.

Geriyə | Çap versiyası