xəbərlər

Polis Akademiyasının əməkdaşları Hərbi Akademiyada keçirilən beynәlxalq elmi-praktik konfransda iştirak ediblər

22.10.2021

 21-22 oktyabr 2021-ci il tarixlərində Azәrbaycan Respublikası Müdafiə Nazirliyinin tәşkilatçılığı ilə Silahlı Qüvvәlәrinin Hәrbi Akademiyasında “2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda “Zoom” platforması üzәrindәn onlayn beynәlxalq elmi-praktik konfrans keçirilib.
Konfrans Türkiyә Respublikasının Milli Müdafiә Universiteti, Pakistan İslam Respublikasının Milli Müdafiә Universiteti, Bolqarıstanın Q.S.Rakovski Milli Müdafiә Universiteti, Ukraynanın İvan Çernyaxovski adına Milli Müdafiә Universiteti, Polşanın Varmia vә Mazuri Universiteti, eləcə də Rumıniyanın I Karol Milli Müdafiә Universitetinin dəstəyi ilə keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Milli Aerokosmik Agentliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri iştirak etmişlər.
Tədbirdə Polis Akademiyasının Tədris-metodik şöbəsinin baş inspektoru, polis mayoru Fərhad Həsənzadə və kursantlar iştirak etmişdir.

Beynәlxalq elmi-praktik konfransda  “44 günlük Vətən Müharibəsi və Azərbaycanın müdafiə sənayesi”,  “Zəfər müharibəsinin yaratdığı geostrateji reallıq regional və qlobal müharibələr kontekstində”, “Müdafiə və təhlükəsizlik təyinatlı təhsil platforması”, “Qarabağ və Şərqi Zəngəzurda informasiya texnologiyaları və süni zəka əsaslı yüksək əlavə dəyər yaradan iqtisadiyyatın formalaşdırılması imkanları”, “44 günlük Vətən Müharibəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti”, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İkinci Qarabağ müharibəsində əldə olunan qələbədə rolu”, “Qars müqaviləsindən Şuşa bəyannaməsinə qədər Qafqazda dəyişən qüvvələr balansı” və digər mövzularda çıxışlar olmuşdur.
Tədbirdə 44 günlük Vətən Müharibəsinə həsr edilmiş videomaterial nümayiş etdirilmişdir.



Geriyə | Çap versiyası