xəbərlər

Polis Akademiyasının əməkdaşları “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda keçirilən seminarda iştirak edib

29.10.2021

 29 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında    FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə respublikanın 20-yə yaxın ali təhsil müəssisəsinin tələbə və kursantlarının iştirakı ilə “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda videokonfrans formatında seminar keçirilib.
Dövlət himinin səsləndirilməsi ilə başlanan seminarda çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti digər dövlətlər üçün əsl nümunədir.

Tədbirin əhəmiyyətindən danışan rəis B.Salayev qeyd edib ki, digər sahələrdə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də Azərbaycan gənclərinin məlumatlılıq səviyyəsinin artırılması vacibdir.
Seminarda FHN-in müxtəlif qurumlarının peşəkar mütəxəssisləri tərəfindən təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların başvermə səbəbləri və bu hadisələrin qarşısının alınması barədə, o cümlədən zəlzələ, sel, daşqın və yanğınlar zamanı davranış qaydaları, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, odsöndürən balonlardan istifadə üsulları, qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında idarəetmənin təşkili, yeni texnologiyaların tətbiqi və digər aktual məsələlərlə bağlı çıxışlar edilib.
Seminarda Polis Akademiyasının Səfərbərlik və mülki müdafiə işləri üzrə baş inspektoru, polis polkovnik-leytenantı Vüqar Musayev və kursantlar iştirak edib.
Tədbirin sonunda suallar cavablandırılıb.

Geriyə | Çap versiyası