xəbərlər
Polis Akademiyasında tanınmış psixoloqla silsilə seminarlar keçirilir
28.10.2021


Psixologiya elmləri doktoru E.Bəylərov plan üzrə seminar iştirakçılarının spesifik xüsusiyyətlərini nəzərə alaraq müxtəlif mövzularda mühazirələr oxumuşdur. Mühazirəçi seminar iştirakçılarına maarifləndirici məlumatlar verərək bildirmişdir ki, mənfi hiss və emosiyalarımız bizim əhval-ruhiyyəmizə daim zərərverici təsir göstərərək akademik göstəricilərin aşağı düşməsinə səbəb olur. Bu cür hiss və emosiyalardan qurtulmağın yolları isə daimi özünüdərk prosesindən, insanın özünü tanımasından keçir. Özümüzü tanıdıqca, keçirdiyimiz hisslərin fərqinə vardıqca onları nəzarət altında saxlamaq və idarə etməkdə daha asan baş verir.

Psixologiya elmləri doktoru E.Bəylərovla Akademiyanın daimi heyəti, kursantları və qiyabi təhsil dinləyiciləri ilə silsilə seminarlar davam edir.