xəbərlər

Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyasının prezidenti Polis Akademiyasında seminar keçirmişdir

30.10.2021

 30 oktyabr 2021-ci il tarixində Polis Akademiyasında kursantların xüsusi fiziki hazrılıq səviyyəsinin artırılması məqsədi ilə Azərbaycan Vinq Çun döyüş sənəti Federasiyasının prezidenti Asif Sayadov öz zəngin təcrübəsini bölüşmək üçün seminar keçirmişdir.

Seminar zamanı A.Sayadov təkbətək əlbəyaxa döyüşün taktikasını və tətbiqini  kursantlara aşılamış, kursantların gələcəkdə xidmət zamanı qarşılaşa biləcək ekstremal hadisələrdə təmkinli olmalarını, cinayətkara və şübhəli şəxsə psixoloji təsirin göstərilməsi kimi əsas amillərdən biri olduğunu nəzərə çatdırmışdır.

 Seminar zamanı qonaq özünün əldə etdiyi idman uğurları və  karyerasının maraqlı anlarından danışıb, eyni zamanda qarşılıqlı diskussiyalar aparılmış, kursantların çoxsaylı sualları cavablandırılmışdır.
A.Sayadov Akademiyanın idman zallarında müasir tələblərə uyğun şəkildə yaradılmış şəraitin tədris prosesinə müsbət təsirindən danışaraq gələcəkdə də əməkdaşlığı davam etdirəcəyini bildirmişdir.
Sonda Akademiya rəhbərliyi tərəfindən Asif Sayadova xatirə hədiyyələri təqdim edilmişdir.

Geriyə | Çap versiyası