xəbərlər

DİN-in Polis Akademiyasının əməkdaşı “Marketinq və hüquq” adlı təlimdə iştirak edib

01.11.2021

 24 və 31 oktyabr 2021-ci il tarixlərdə DİN-in Polis Akademiyasının “Mülki hüquq” kafedrasının müəllimi, polis baş leytenantı Ata Vəliyev Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) təşkilatçılığı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Təlim-tədris Mərkəzində keçirilən “Marketinq və hüquq” adlı təlimdə iştirak etmişdir.

24 oktyabr 2021-ci il tarixdə keçirilən təlimin birinci sessiyasında Vəkillər Kollegiyasının üzvü, vəkil Günel İsmayılbəyli və ELSA İnternational təşkilatının marketinq üzrə vitse-prezidenti Toni Marinesku (onlayn formatda) çıxış edərək iştirakçıları müasir dövrdə hüquq sahəsinin marketinqlə əlaqəsi barədə məlumatlandırmışlar.

31 oktyabr 2021-ci il tarixdə keçirilmiş ikinci sessiyada isə marketoloq Cavid Abasov marketinqin əsas anlayışları və alətləri barədə zəruri bilikləri tədbir iştirakçılarının nəzərinə çatdırmış, eyni zamanda gələcək karyeralarında marketinqdən istifadə etməklə öz fəaliyyətlərini daha səmərəli qurmaları ilə bağlı hüquqşünaslara tövsiyyələr vermişdir.  
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış və onlara sertifikatlar təqdim edilmişdir.
Ümumilikdə tədbir işgüzar və səmərəli şəkildə baş tutmuşdur.  

Geriyə | Çap versiyası