xəbərlər

DİN-in Polis Akademiyasında “İlkin hazırlıq” kursunun növbəti “Andiçmə” mərasimi keçirilmişdir

03.11.2021

 03 noyabr 2021-ci il tarixdə DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovun iştirakı ilə İxtisasartırma  fakültəsində  “İlkin hazırlıq” kursunu bitirmiş əməkdaşların “Andiçmə” mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə açan polis polkovniki C.Daanov dinləyiciləri kursu bitirmələri münasibəti ilə təbrik etmiş, onlara gələcək xidməti fəaliyyətlərində əldə etdikləri nəzəri biliklərin tətbiqi sahəsində uğurlar əldə etməyi və hər birinə daxili işlər orqanlarında layiqli xidmət etmələrini tövsiyə etmişdir.

Çıxışında təhsildə aparılan innovativ islahatlara toxunan Akademiya rəisi bu kursda da mütəmadi aralıq yoxlamaların keçirilməsini, eyni zamanda, daxili işlər orqanlarının ayrı-ayrı xidmət sahələrini tənzimləyən normativ-hüquqi aktların öyrənilməsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.
 Sonra polis polkovniki C.Daanov tərəfindən kursu əla qiymətlərlə başa vurmuş polis leytenantları Bəkir Eyvazlı,  Pərvin Rüstəmov, Səməndər İsmayılov, Mahir Hacıyev, Xəlil Sadiqov və Dəyanət Ağasəfliyə sertifikatlar təqdim edilmişdir.
 Məzunlar adından çıxış edən polis leytenantı Tural Qafarov təhsil aldıqları müddətdə onlara yaradılmış şəraitə görə Daxili İşlər Nazirliyi və Akademiya rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Tədbir xatirə şəkillərinin çəkilməsilə başa çatmışdır.

Geriyə | Çap versiyası