xəbərlər

Polis Akademiyasında Vətən Müharibəsi qaziləri ilə görüş keçirilmişdir

30.10.2021

 Polis Akademiyasında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 30 oktyabr 2021-ci il tarixində Akademiyanın akt zallarında şəxsi heyət tərəfindən Ulu öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Daha sonra Akademiyaya dəvət olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabit və gizir heyəti, ll Vətən Müharibəsi qaziləri kursantlara təqdim edilmişdir. Qazilərimiz müzəffər ordumuzun Böyük Vətən Müharibəsində göstərdiyi şücaət və rəşadətini əks etdirən tarixi anları I, II lll və IV kurs kursantları ilə bölüşmüşlər. 

Vətən Müharibəsi Qəhrəmanları çıxışlarında kursantlara uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini bildirmişlər. O da qeyd edilmişdir ki, Vətən Müharibəsi dövründə xalqın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşmiş, 2020-ci ilin sentyabr ayının 27-də düşmən qüvvəsinin atəşkəsi pozması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əks hücumu ilə Vətən müharibəsi başlamışdır.

Qazilər döyüşlərdə düşmənin mövqelərinə doğru qarlı, dumanlı, göz-gözü görməyən havalarda belə misli görünməmiş qəhrəmanlıq və mərdliklə vuruşduqlarını, müharibənin itkisiz olmadığını və qələbənin qurbansız qazanılmadığını bildirmişlər.
Tədbirdə kursantlar torpaqlarımızın azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, güc və qüvvət diləmiş, Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə dalğalanmasından qürur və fəxarət hissi keçirtdiklərini qeyd etmişlər.
Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

Geriyə | Çap versiyası