xəbərlər

Polis Akademiyasının kursantları arasında “Zəfər günü” adlı müsabiqə keçirilmişdir

05.11.2021

 Polis Akademiyasında silsilə tədbirlərinin davamı olaraq 05 noyabr 2021-ci il tarixdə Vətən müharibəsində qələbəmizin ildönümü münasibətilə Polis Akademiyasının I, II, III və V kurs kursantları arasında “Zəfər günü” adlı müsabiqə keçirilmişdir.
Müsabiqənin açılışından əvvəl Vətən Müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman döyüşçülərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Müsabiqənin açılışında çıxış edən Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov 27 sentyabr 2020-ci il tarixdə başlamaqla 44 gün davam edən və sonda rəşadətli Azərbaycan Ordusunun şücayəti və mərdliyi sayəsində qazanılan, xalqımızın qüdrətinin və milli qürurumuzun təntəsinə çevrilən, dövlətimizin nüfuzu və gələjək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən «Zəfər Günü»nün vacibliyi və əhəmiyyətini vurğulamaqla bütün iştirakçılara uğurlar dilədi.

 Bundan sonra müsabiqədə iştirak edən 17 nəfər kursantdan 9 nəfəri “Zəfər günü” adlı müsabiqənin əsas mərhələsində mübarizə aparmaq üçün çıxışlara başladılar. Belə ki, müsabiqə qaliblərinin müəyyən edilməsi məqsədilə münsiflər heyəti çıxış edən kursantları mətnin məzmunu, nitq qabiliyyəti və tərtibat üzrə qiymətləndirdilər.
Keçirilən müsabiqənin nəticəsində  III kurs kursantı Alparslan Məmmədli I yerə, III kurs kursantı Rəhim Rəhimli və II kurs kursantı Sadiq Cavadov II yerə, II kurs kursantı Səyyad Əliyev və III kurs kursantı Sura Əzizova isə III yerə layiq görüldülər.
Müsabiqənin sonunda qaliblərə sertifikatlar təqdim edildi və xatirə şəkilləri çəkildi.


Geriyə | Çap versiyası