xəbərlər

Polis Akademiyasında “Zəfər günü”, “Azərbaycan Respublikasının Dövlət Bayrağı” və “Konstitusiya Günü”nə həsr olunmuş viktorina keçirilmişdir

10.11.2021

 10 noyabr 2021-ci il tarixində Polis Akademiyasında Qiyabi təhsil fakültəsi və  “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının birgə  təşkilatçılığı ilə “Zəfər günü”,   “Azərbaycan Respublikasının Dövlət Bayrağı” və “Konstitusiya Günü”nə həsr edilən viktorina keçirilmişdir. Yarış 3 mərhələdən ibarət olmaqla qiyabi fakültənin II kursunun (ali təhsilli) dinləyicilərindən ibarət 3 komandanın (“ZƏFƏR”, “VƏTƏN”, “QARABAĞ) və Polis Akademiyasının professor-müəllim heyətinin iştirakı ilə keçirilmişdir.

Tədbiri Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov giriş nitqi ilə açaraq əlamətdar günlər münasibəti ilə dinləyiciləri təbrik etmiş və komandalara uğurlar arzulamışdır.
Akademiyanın müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən viktorinanın birinci mərhələsində komandalara test formasında suallar, ikinci mərhələsində açıq suallar, üçüncü mərhələsində isə hər bir komandaya ayrı-ayrılıqda zərf vasitəsilə suallar təqdim olunmuşdur.

 Bundan əlavə, yarışmanın daha maraqlı və canlı keçməsi üçün mərhələlərarası fasilələrdə auditoriyaya da suallarla müraciət olunmuş və suallara düzgün cavab verən dinləyicilər mükafatlandırılmışlar.
Ümumi nəticələrə görə “ZƏFƏR” komandası yüksək bal toplayaraq yarışmanın qalibi elan olunmuşdur.
Sonda Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov qalib komandanı təbrik edərək, bu cür bilik yarışmaların keçirilməsinin dinləyicilərin hüquqi biliklər əldə etməsində xüsusi rolunu vurğulamış, gələcəkdə bu işlərin daha da genişləndirilməsini tövsaiyə etmişdir.

Geriyə | Çap versiyası