xəbərlər
Polis Akademiyasında “Zəfər günu”nə həsr olunmuş turnir keçirilmişdir
08.11.2021
8 noyabr 2021-ci il tarixində Polis Akademiyasında “Zəfər günu”nə həsr olunmuş “Maneə zolağının dəf edilməsi” adlı turnir keçirilmişdir.
Turnirdə ağırlıq qaldırma, müxtəlif fiziki hərəkətlər, silahların sökülüb yığılması və rezin güllələrin atılmasından ibarət yarışlarda Akademiyanın kursları üzrə 4 komandası iştirak etmişdir.
Akademiyanın Fiziki hazrılıq və Hərbi kafedralarının təşkil etdiyi yarışda 3-cü kursun kursantı Süleymanlı Turqut ən surətli iştirakçı adını qazanmışdır. Komanda etibarı ilə isə 3-cü kurs – I yerə, 5-ci kurs – II yerə, 2 kurs isə III yerə layiq görülmüşlər.
Sonda qaliblər kubok və qiymətli hədiyyələrlə təltif olunmuşdur.