xəbərlər

“Pandemiya dövründə polisin fəaliyətində və təhsilində COVİD-19-un təsirləri” adlı Beynəlxalq Polis Akademiyaları Assosiyasiyasının (İNTERPA) 2021-ci ilin 11 - 14 noyabr tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində keçirdiyi 10-cu illik konfransında DİN-in Polis Akademiyasının nümayəndə heyəti iştirak etmişdir.

15.11.2021

 2021-ci ilin 11 - 14 noyabr tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində “Pandemiya dövründə polisin fəaliyətində və təhsilində COVİD-19-un təsirləri” adlı İNTERPA-nın 10-cu illik konfransında DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovun rəhbərlik etdiyi nümayəndə heyəti müşahidəçi ölkə qismində iştirak etmişdir. Nümayəndə heyətinin tərkibində DİN-in Polis Akademiyasının rəisi və Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov yer almışdır.
Tədbirdə İNTERPA-nın Prezidenti Türkiyə Milli Polis Akademiyasının rektoru Yılmaz Çolak açılış nitqi söyləyərək konfransa müxtəlif üzv və müşahidəçi ölkələrdən toplaşmış qonaqları salamlamış, cıxışında xüsusilə də COVİD-19 pandemiyası dövründə üzv və iştirakçı ölkələr arasında polisin fəaliyyəti və təshili üzrə məlumat mübadiləsinin aparılmasının önəmindən danışmışdır. Konfransın gündəliyində duran bir sıra məsələlər müzakirə olunmuşdur. Eyni zamanda İNTERPA-ya yeni seçilmiş təhsilqurumlarının iştirakı ilə imzalanma mərasimi baş tutdu. Belə ki Macarıstanın Dövlət Xidməti Universiteti, Hindistan Respublikasının Raştiya Rakşa Universiteti və Fillipin Respublikasının  Milli Polis Akademiyası (onlayn formatda) yeni üzvlər olaraq İNTERPA-ya seçildilər. Beləliklə qurumun 59 ölkədən 79 üzvü oldu.
Tədbirdə üzv ölkələrlə yanaşı müşahidəçi qismində iştirak edən ölkələr arasında Almaniya, Xorvatiya, Avstraliya, Misir və Azərbaycan yer almışdır.

2021-ci ildə İNTERPA-nın rəhbərliyi ilə həyata keçirilmiş “Polis etikası”, “Təhsil ehtiyaclarının təhlil edilməsi”, “İctimai təhlükəsizliyin təminində böhran dönəmində idarəetmə”, “Hüquq mühafizə orqanları üçün irqi cinayətlərə qarşı mübarizə üzrə” və “İnsan haqları” üzrə təlimləri müzakirə edildi.
Daha sonra İNTERPA-nın fəaliyyətini əks elətdirən tanıtım çarxının nümayişindən sonra Azərbaycan Respublikasının DİN-in Polis Akademiyasının fəaliyyətini və imkanları ətraflı olaraq özündə əks elətdirən qısa metrajlı tanıtım çarxı bütün konfrans iştirakçılarına nümayiş etdirildi. Təqdim olunan tanıtım çarxının nəticəsi olaraq Tacikistan, Moldova, Özbəkistan və bir sıra digər ölkələrin nümayəndələri Akademiyamız ilə daha sıx əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini bildirdilər.
Ümumilikdə konfransda “İctimai təhlüksəizliyin təmin olunmasında COVİD-19-un təsiri, yeni imkanlar və üsullar”, “COVİD-19 dövründə hüquq mühafizə orqanlarının təlimi” və “Pandemiya dövründə və sonra məlumatların idarə edilməsinin təhlükəsizliyinin təmini” mövzularında müxtəlif ölkələrin nümayəndələri tərəfindən təqdimatlar edildi. Çıxışlarda pandemiya dövründə oğurluq (xüsusilə mənzil oğurluğu) hallarının azaldığı,əksinə dələduzluq (xüsusilə sosial media vasitələri ilə) hallarının isə artdığı vurğulandı. Bundan başqa Bangladeş nümayəndəsi təqdimatında ölkələrinin polis akademiyasının kursantlarının COVİD-19 ilə əlaqədar ölkə daxilində aparılan bütün qabaqlayıcı, maarifləndirmə, polis xidməti və hətta pandemiya qurbanlarına tibbi xidmətlərin göstərilməsi və dezinfeksiya işlərində geniş yer aldıqlarını video rolik göstərilməklə tədbir iştirakçılarının diqqətinə çatdırdı.  

Ümumilikdə konfrans işgüzar və səmərəli şəkildə baş tutmuşdur.  

Geriyə | Çap versiyası