xəbərlər

Polis Akademiyasında ağacəkmə aksiyası keçirilib

23.11.2021

 20 noyabr 2021-ci il tarixində Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovun təşəbbüsü ilə Akademiyanın yardımçı təsərrüfatı ərazisində ağacəkmə aksiyası keçirilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Kursantlarla birlikdə ağac əkən Akademiya rəisi belə aksiyaların gələcəkdə ənənəvi olaraq davamlı olacağını, daha mütəşəkkil və əhatəli şəkildə həyata keçiriləcəyini bildirib.

Aksiyada 100 ədəd şam ağacı əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Akademiyada bu cür aksiyalar mütəmadi olaraq təşkil edilir, ətraf mühitin mühafizəsinin vacibliyi insanların, xüsusilə kursantların diqqətinə çatdırılır. Müəllimlərimiz daim kursantları ekoloji problemlərə qarşı mübarizəyə səsləyir, müxtəlif maarifləndirici proqramlara qoşularaq ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəldirlər.


Geriyə | Çap versiyası