xəbərlər

Polis Akademiyasının əməkdaşı Rusiya Daxili İşlər Nazirliyinin Voronej İnstitutunda təşkil edilmiş “Mühafizə, təhlükəsizlik, rabitə – 2021” mövzusunda videokonfransda iştirak etmişdir

18.11.2021

 Rusiya Daxili İşlər Nazirliyinin Voronej İnstitutunun təşkilatçılığı ilə 18 noyabr 2021-ci il tarixində “Mühafizə, təhlükəsizlik, rabitə – 2021” mövzusunda videokonfrans formatında beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Rusiya Daxili İşlər Nazirliyinin Voronej İnstitutunda Qazaxıstan və Belarus Respublikalarının müvafiq Polis Akademiyalarının mütəxəssislərin də iştirak etdiyi konfransda Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov iştirak etmişdir.

Konfransın plenar iclasını giriş sözü ilə açan Rusiya DİN-in Voronej İnstitutunun elmi işlər üzrə rəis müavini, hüquq elmləri namizədi, polis polkovniki D.A.Simonenko konfrans iştirakçılarını salamlayaraq, konfransın işinə uğurlar arzuladı.
Konfransda iştirak edən Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının nümayəndəsi “Kibercinayətlərlə mübarizənin hüquqi əsasları” adlı elmi məqalə ilə məruzə çıxışı etmişdir.
Ümumilikdə tədbir işgüzar və səmərəli şəkildə baş tutmuşdur.




Geriyə | Çap versiyası