xəbərlər

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyası arasında birgə beynəlxalq elmi-praktik konfrans keçirilib

25.11.2021

 25 noyabr 2021-ci il tarixdə təşkil edilmiş videokonfransı giriş sözü ilə  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Volqoqrad Akademiyasının elmi-tədqiqat şöbələrinin rəisləri açaraq hər iki təhsil müəssisəsinin tələbələri tərəfindən məhkəmə prosesinin müasir problemlərinə həsr olunmuş elmi-təmsilçilik tədbiri çərçivəsində iki ölkədə məhkəmə icraatının xüsusiyyətlərinin araşdırılacağını bildiriblər.

Konfransda Volqoqrad Polis Akademiyasından kursant Hüseynəli Dəmirçiyev “Rusiya Federasiyasında inzibati icraat: Azərbaycan Respublikası ilə müqayisəli hüquqi təhlil”, kursant Valeriya Alekseyevna “Mülki işlər üzrə məhkəmə icraatı”, kursant Mariya Nikolayevna “Rusiya Federasiyasında günahsız insanların reabilitasiyası” mövzularında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasından 5-ci kurs kursantı Əli Əlizadə “Sadələşdirilmiş icraata müasir yanaşma bir sıra ölkələrin cinayət işlərində”, 4-cü kurs kursantları Rəşad Bayramov “Azərbaycan Respublikasında inzibati məhkəmələrin təşkili və səlahiyyətləri” və Nicat Oruclu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi normalarının tətbiqinin aktual məsələləri” mövzularında çıxışlar ediblər.
Tədbirin sonunda iştirakçılar gələcəkdə əməkdaşlığın məqsədəuyğunluğu barədə qənaətə gəliblər.
Ümumilikdə tədbir işgüzar və səmərəli şəkildə baş tutmuşdur.

Geriyə | Çap versiyası