xəbərlər

Polis Akademiyasının əməkdaşları “Doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı”nda iştirak etmişdir

24.11.2021

 DİN-in Polis Akademiyasının “Mülki hüquq” kafedrasının müəllimi, polis baş leytenantı Ata Vəliyev və Elmi-tədqiqat və redaksiya-nəşriyyat şöbəsinin baş inspektor-korrektoru, polis leytenantı  Aynur Səfərli 23-24 noyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransı”nda iştirak etmişdir.

Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, İstanbul Universitetinin rektoru professor Mahmut Ak, Texniki Universitetin rektoru Vilayət Vəliyev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və digər ali təhsil müəssisələrinin rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə polis baş leytenantı Ata Vəliyev  hüquq, polis leytenantı Aynur Səfərli isə filologiya bölməsi üzrə məruzələrlə çıxış etmişlər.
Tədbirin sonunda məruzələr ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmış, onlara adıçəkilən konfransda məruzə ilə çıxış etmələrinə dair sertifikatlar təqdim edilmişdir.

Geriyə | Çap versiyası