xəbərlər

Polis Akademiyasında daimi heyət və kursantların iştirakı ilə “Stolüstü tennis” yarışı keçirilmişdir

27.11.2021

 Polis Akademiyası rəisinin göstərişinin icrası ilə əlaqədar Akademiyada daimi və dəyişən heyətin fiziki hazrılığının yüksəldilməsi məqsədi ilə 24-26.11.2021-ci il tarixlərində “Stolüstü tennis” yarışı keçirilmişdir.
Akademiyanın döyüş və xidməti hazırlıq üzrə rəis müavini, polis polkovniki İlyas İsayev yarışın açıq elan edərək iştirakçılara uğurlu və rəqabət dolu mübarizə arzu etdi. 

Yarışda 5 kurs üzrə 5 komanda və daimi heyət üzrə 1 komanda iştirak etmişdir. 15 nəfər kursant və 3 nəfər daimi heyət olmaqla ümumilikdə 18 nəfər əməkdaş yarışa qatılmışdır.
Şəxsi birincilikdə daimi heyət komandasının üzvü Tədris-metodiki şöbənin, baş inspektoru, polis polkovnik-leytenantı Rəşid Əhmədov I yerə, komanda şəkilində isə I yerə daimi heyət, II yerə II kurs , III yerə IV kurs layiq görülmüşlər.
Gərgin mübarizə şəklində keçən yarışın nəticələrinə uyğun olaraq qaliblərə kubok və qiymətli hədiyyələr mükafat qaydasında təqdim edilmişdir.


Geriyə | Çap versiyası