xəbərlər

Polis Akademiyasının əməkdaşı Türkiyə Respublikasının Bursa şəhərində keçirilən “Alpaqut Turan döyüşü” üzrə keçirilən Avrasiya Çempionatında iştirak etmişdir

22.11.2021

 20-21 noyabr 2021-ci il tarixlərində Türkiyə Respublikasının Bursa şəhərində 10 ölkədən 250 idmançının iştirak etdiyi “Alpaqut Turan Döyüş” sənəti üzrə keçirilən Avrasiya Çempionatında Azərbaycanın yığma komandası tərkibində olan Polis Akademiyasının “Fiziki hazrılıq” kafedrasının müəllimi, polis baş leytenantı Natiq Eminov iştirak etmişdir. N.Eminov “Batur” və  “Kaçut” (silahsız özünümüdafiə) sistemlərində I, onun yetirmələri Akademiyada təhsil almış və təxris olunmuş hal-hazırda Lənkəran ŞRPŞ-in İTB-nin sahə rəisi, polis leytenantı Emil Nuruzadə “Batur” sistemində II, Xətai RPİ-in 35-ci  PB-nin əməkdaşları, polis leytenantları Qalib Kərimli “Kaçut” (silahsız özünümüdafiə) sistemində I, “Çaymaz” sistemində III, Yəhya Çerpanov isə “Ayça” sistemində II yerlərin sahibi olublar. N. Eminov yetirmələri ilə birgə 4 nəfərdən ibarət komanda şəkilində “Kaçut” sistemində iştirak edərək II yerə çıxmışdır.  Bu sistem üzrə dövlətlər arasında medal sayına görə Türkiyə I, Azərbaycan II, İraq isə III yerə layiq görülmüşdür.

Çempionatın sonunda Türkiyə Alpaqut Federasiyasının Prezidenti Metin Karadeniz tərəfindən, polis baş leytenantı Natiq Eminova “Təşəkkür” plaketi, “Alpaqut Turan Döyüş” sənətinin qurucusu Vasif Namazova türk dünyasının ortaq döyüş mədəniyyəti olan “Alpaqut Turan Döyüş” sənətinin inkişafına və dəstəyinə görə DİN-in Polis  Akademiyasının rəisinə və rəhbər heyətinə çatdırılması üçün “Təşəkkür” plaketi təqdim etmişdir.    
    
    


Geriyə | Çap versiyası