xəbərlər

Polis Akademiyasında narkomaniya ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib

04.12.2021

 04 dekabr 2021-ci il tarixində Polis Akademiyasında  1-4-cü kursların şəxsi heyəti ilə “Antinarkotik təbliği” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Nadir Məmmədov  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, narkomaniyanın cəmiyyətə vurduğu zərərlərdən danışıb.

Qeyd olunub ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Narkomaniyanın vurduğu ziyan nəticəsində müxtəlif cinayətlərin törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisə doğru dəyişməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Polis kapitanı N.Məmmədov problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işinin genişləndirmək olduğunu vurğulayaraq, respublikamızda görülən profilaktik tədbirlər barədə ətraflı məlumat verib.
Sonda Əfqanıstan Respublikasında narkotik vasitə olan heroinin hazırlanması və həmin narkotik daşıyan narkotacirlərin yaxalanmasını özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Geriyə | Çap versiyası