xəbərlər

Polis Akademiyasının müəllim-zabit heyəti üçün növbəti ixtisasartırma kursu təşkil olunmuşdur

08.12.2021

 Daxili İşlər Nazirliyi üçün yüksək ixtisaslı, peşəkar polis kadr hazırlığını həyata keçirən xüsusi təyinatlı ali təhsil müəssisəsi kimi Polis Akademiyasında müəllim heyətinin pedaqoji məharətinin yüksəldilməsi qarşıya qoyulmuş prioritet vəzifə olmaqla yanaşı bu məqama xüsusi diqqət yetirilir.
Akademiya rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən Polis Akademiyasının müəllim-zabit heyəti üçün “Müəllim hazırlığının müasir problemləri” mövzusunda 42 saatlıq ixtisasartırma kursu təşkil olunmuşdur.
2 dekabr 2021-ci il tarixində keçirilən ilk dərsdə Polis Akademiyasının Tədris-metodiki şöbəsinin rəisi, polis polkovniki Fərhad Əliyev müəllim-zabit heyətinin ixtisas və peşəkarlıq səviyyələrinin artırılması sahəsində qarşılıqlı əməkdaşlıq barədə qısa məlumat vermişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Heydər Cəfərov və Dilguşə Süleymanova tərəfindən “Hüquqşünas modeli və onun formalaşmasında siyasi, mənəvi peşəkar hazırlığın rolu” və “Müəllimlərin pedaqoji məharətinin yüksəldilməsi” adlı mövzular üzrə mühazirə oxunmuş, əməkdaşlarla fikir mübadiləsi aparılmışdır.
Sonda Akademiyanın müəllim-zabit heyətinin sualları qonaqlar tərəfindən cavablandırılmış, mövzular üzrə müzakirələr aparılmışdır.
İxtisasrtırma kursu davam edir.

Geriyə | Çap versiyası