xəbərlər
Qətər Dövlətinin polis əməkdaşları üçün DİN-in Polis Akademiyasında təlim keçirilmişdir
11.12.2021


6 dekabr 2021-ci il tarixdə qonaq heyət ilk olaraq Polis Akademiyasının maddi texniki bazası ilə ümumi tanış edilmişdir. 7-10 dekabr 2021-ci il tarixlərdə isə “İğtişaşlar zamanı ictimai asayişin qorunması üçün polis tərəfindən fiziki qüvvədən və xüsusi hallarda odlu silahdan, həmçinin xüsusi vasitələrdən istifadə olunması” mövzusu üzrə Akademiyanın müəllim heyəti Qətər dövlətinin 10 nəfər polis əməkdaşı üçün nəzəri və praktiki təlimlər həyata keçirmişdir. Təlimlər interaktiv şəkildə baş tutmuşdur. Keçirilən təlimlərdə müxtəlif təqdimatlar, video roliklər və mövzu üzrə tədris materialları təlimçilərə təqdim edilmişdir. Eyni zamanda təlim boyunca qeyd olunan mövzu üzrə məlumatlar verilmiş, geniş müzakirələr aparılmışdır. Təlimin gedişatında həmçinin qonaqlara DİN-in Əlahiddə Çevik Polis Alayı, oranın xidməti ilə tanışlıq, kütləvi iğtişaşlar zamanı xüsusi təyinatlı taborun fəaliyyəti göstərilmiş, “Bakı Olimpiya Stadionu”nda “İdman tədbirləri zamanı ictimai asayişin və təhlükəsizliyin təmin olunması treninqi” təşkil edilmiş, “Təhlükəsiz şəhər” və “102” xidmətləri ilə tanışlıq səfəri həyata keçirilmişdir.

Ümumilikdə keçirilən təlim səmimi və işgüzar şəraitdə baş tutmuşdur.