xəbərlər
Polis Akademiyasının əməkdaşı AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə keçirilən “Şəxsiyyət fenomeni: İlham Əliyev – dünya miqyaslı siyasətçi” adlı konfransda iştirak etmişdir
15.12.2021

Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri, xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin, diplomatik korpusların təmsilçiləri, dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, Azərbaycan, Rusiya və Türkiyədən olan alimlər, siyasətçilər iştirak ediblər. Tədbirdə Polis Akademiyasını “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, h.ü.f.d., dos., polis polkovniki Hikmət Eyvazov təmsil etmişdir.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə çıxışında bildirdi ki, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, hərb meydanında verdiyi müdrik və cəsarətli qərarlar, diplomatiyadakı uzaqgörənliyi və siyasi qətiyyəti sayəsində 44 günlük zəfər yürüşünə aparan yolun təməli qoyulmuşdur.
Tədbir iştirakçılarından AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Sevil Mikayılova Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyət və lider keyfiyyətlərindən, Azərbaycanın sürətli inkişafının təmin olunması ilə bağlı fəaliyyətindən ətraflı bəhs ediblər.
Konfrans müzakirələrlə başa çatıb.