xəbərlər
Polis Akademiyasının əməkdaşının monoqrafiyası beynəlxalq elmi müsabiqədə diplomla təltif edilib
27.12.2021


Ş.Şükürovun müəllif olduğu “Cinayətlərin ayrı-ayrı növləri ilə mübarizədə nəzəri və hüquqi əsaslar” monaqrafiyası “Ən yaxşı monoqrafiya” nominasiyasında 2-ci dərəcəli Diplomla təltif edilmişdir.
Qazaxstan Respublikası DİN-in B.Beysenov adına Karaqanda Akademiyasının rəisi, polis general-mayoru A.Darmenov Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanova ünvanladığı məktubda Qazaxstan Respublikası müstəqilliyinin 30 illiyinə həsr olunan beynəlxalq elmi müsabiqədə Akademiyanın iştirakına görə dərin minnətdarlığını bildirmiş, bu cür elmi müsabiqələrin təhsil müəssisələri arasındakı əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli olduğunu qeyd etmişdir.