xəbərlər
Polis Akademiyasında “Silahsız özünümüdafiə” üzrə Akademiya birinciliyi keçirilmişdir
24.12.2021


Dövlət himni səsləndirildikdən sonra Polis Akademiyası rəisinin döyüş və xidməti hazırlıq üzrə müavini, polis polkovniki İlyas İsayev yarışı açıq elan etmiş və iştirakçılara müvəffəqiyətlər arzulamışdır. Yarışda 5 komanda tərkibində 7 çəki dərəcəsində idmançılar mübarizə aparmışlar. Yarışı hakimlər Akademiyanın “Fiziki hazırlıq” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı İlham Hüseynov, kafedranın müəllimi, polis baş leytenantı Natiq Eminov və baş hakim DİN-in İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə məşqçi-müəllimi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Əməkdar məşqçi, Döyüş və Xüsusi hazırlıq Federasiyasının prezidenti Rəsul Məmmədov aparmışlar.

Yarışın yekununda qaliblər kubok, diplom və qiymətli hədiyələrlə təltif olunmuşlar.