xəbərlər

Polis Akademiyasının əməkdaşı M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilmiş konfransda onlayn iştirak etmişdir

09.02.2022

 9 fevral 2022-ci il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinin “Mülki proses” kafedrasının təşkilatçılığı ilə “Zoom” proqramı vasitəsilə onlayn formatda M.K.Treuşnikovun əziz xatirəsinə həsr olunmuş «Mülki proses haqqında təlim: hazırki vəziyyət və gələcək hədəflər” mövzusunda I Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Rusiya Federasiyasının müxtəlif ali təhsil müəssisələrinin aparıcı hüquqşünas-alimlərinin iştirak etdiyi konfransda Polis akademiyasının “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədov onlayn formatda iştirak etmişdir.

Konfransın plenar iclasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin  Hüquq fakültəsinin dekanı, Rusiya Federasiyasının əməkdar elm xadimi, h.e.d., professor A.K.Qoliçenkov və Universitetin Hüquq fakültəsinin “Mülki proses” kafedrasının müdiri vəzifələrini müvəqqəti icra edən, h.e.d., professor V.V.Molçanov məruzə etmişlər.
Daha sonra Qazaxıstan Respublikası Ali Məhkəməsi yanında Ədliyyə Akademiyasının rektoru, h.e.d., professor Zaureş Xamitovna Baymoldina, Akademik S.P. Korolyov adına Samara Milli Tədqiqat Universitetinin “Mülki prosessual və sahibkarlıq hüququ” kafedrasının müdiri, h.e.d., professor A.V. Yudin, Saratov Dövlət Hüquq Akademiyasının “Arbitraj prosesi” kafedrasının müdiri, h.e.d., professor S.F. Afanasyev, Sibir Federal Universitetinin Hüquq İnstitutunun “Mülki Prosess” kafedrasının müdiri, h.e.d., professor T.V. Saxnova, Rusiya Federasiyasının Federal Vəkillər Palatasının vitse-prezidenti, h.e.d., professor O.V. Baulin, Vilnüs Universitetinin Hüquq fakültəsinin professoru, h.e.d. V. Mikelenas və başqaları məruzlərlə çıxış etmişlər. “Mülki hüquq” kafedrasının dosenti, polis polkovniki, h.ü.f.d., dosent Rəşad Məmmədov “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin bəzi normalarının tətbiqinin aktual məsələləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Sonda konfrans iştirakçıları sertifikatlarla təltif olunmuşlar.


 


Geriyə | Çap versiyası