xəbərlər
Polis Akademiyasının əməkdaşı Özbəkistan Respublikasında keçirilmiş onlayn konfransda iştirak etmişdir
21.02.2022

Konfransı giriş sözü ilə Acıniyazov adına Nukus Dövlət Pedaqoji İnstitutunun rektoru fil.ü.f.d., dos. B.P.Otemuratov iştirakçıları və qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulamışdır.
Konfrans öz işini Sosial hüquq, Dil və ədəbiyyat, Pedaqogika və psixologiya, Təbiət elmləri, Texniki və dəqiq elmlər istiqaməti üzrə beş bölmədə davam etdirmişdir. Aynur Səfərli konfransın plenar iclasında “Məxtumqulu Fəraqinin Azərbaycan ədəbiyyatında tədqiq olunma tarixi” adlı məqalə ilə məruzə etmişdir.
Türk dövlətlərinin qatıldığı, 50-dən çox tədqiqatçı-alimin iştirak etdiyi konfransda məruzəçilər Özbəkistan Respublikası Ali və Orta İxtisas Təhsil Nazirliyi və Acıniyazov adına Nukus Dövlət Pedaqoji İnstitutunun sertifikatı ilə təltif olunmuşdur.